Tramp Ankaradan gedərkən son anda təyyarəsini dəyişdi – Səbəbi açıqlandı

Tramp Ankaradan gedərkən son anda təyyarəsini dəyişdi – Səbəbi açıqlandı
DÜNYA
11:20 09.07.2026
799
ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsində iştirak etmək üçün gəldiyi Ankaradan ayrılarkən son anda təyyarəsini dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp Türkiyəyə Qətərin hədiyyə etdiyi yeni "Boeing 747-8" təyyarəsi ilə gəlsə də, geri qayıdarkən ABŞ Gizli Xidmətinin tövsiyəsi ilə köhnə "Air Force One" təyyarəsinə keçib.

"The New York Times"ın yaydığı məlumata görə, bu qərar İranla yenidən gərginləşən vəziyyət fonunda ehtiyat təhlükəsizlik tədbiri kimi qəbul edilib. Mənbələr bildiriblər ki, təyyarənin dəyişdirilməsi konkret təhdidlə deyil, Gizli Xidmətin təhlükəsizlik tövsiyəsi ilə bağlı olub.

Donald Tramp isə təhlükəsizlik iddialarını təkzib edib. O bildirib ki, yeni təyyarə ABŞ-də yerləşən hərbi bazalara əvvəlcədən göndərilərək amerikalı hərbçilərə nümayiş etdirilməli olduğu üçün köhnə təyyarədən istifadə edib.

ABŞ prezidentinin Ankaradan ayrılarkən təyyarəyə qeyri-adi sürətlə minməsi və jurnalistlərə görüntü verməməsi diqqət çəkib. Bundan əlavə, uçuşdan əvvəl sərnişinlərə pəncərə örtüklərini bağlamaq tapşırılıb.

Tramp Ankaradan köhnə "Air Force One" ilə ayrıldıqdan sonra İngiltərədəki hərbi bazada yenidən Qətərin hədiyyə etdiyi yeni təyyarəyə keçib. Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən ABŞ Prezidenti bildirib ki, Ankaradan havaya qalxarkən pəncərələrin bağlanması ilə bağlı göstəriş İran təhlükəsi ilə əlaqədar verilmiş ola bilər.

"The New York Times" qeyd edir ki, bu hadisə Trampın istifadəsinə verilən yeni təyyarənin bütün təhlükəsizlik sistemləri ilə tam təchiz olunub-olunmaması ilə bağlı sualları daha da artırıb.

Mütəxəssislərin sözlərinə görə, təyyarə dəbdəbəli interyerə malik olsa da, müasir raketdən müdafiə sistemləri və nüvə partlayışının elektromaqnit təsirindən (EMP) qoruyan bəzi vacib avadanlıqlarla hələ tam təmin edilməyib.

Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq isə bu iddiaları rədd edərək bildirib ki, yeni "Air Force One" prezidentin və komandasının təhlükəsizliyini təmin edən ən müasir sistemlərlə təchiz olunub. Onun sözlərinə görə, ABŞ Prezidenti çoxsaylı təhlükələrlə üzləşdiyi üçün təhlükəsizliyi təmin etmək məqsədilə diqqəti yayındıran və çaşdırıcı taktikalardan da istifadə edilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək