ABŞ prezidenti Donald Tramp güman edir ki, "Green Card" – Amerikada daimi yaşayış statusu almaq hüququ verən viza uduşu proqramı ilə ölkəyə "heç də ən yaxşı insanlar gəlmirlər". O, bunu "Fox News"a müsahibəsində deyib.
"Siz lotoreya sisteminə və onunla bizim ölkəmizə gələn insanlara bir baxın…Bilirsiniz, ölkələr öz yaxşılarını, seçilmişlərini başqa yerə buraxmırlar", - deyə Tramp bildirib.