Tramp Asiyaya getdi

Tramp Asiyaya getdi
SİYASƏT
11:56 25.10.2025
82
ABŞ Prezidenti Donald Tramp Asiyaya 5 günlük səfərə yola düşüb.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyada görüşlər keçirəcək. 
 
Beş günlük səfər çərçivəsində Asiya ölkələri ilə ticarət sazişlərinin müzakirə olunması gözlənilir. 

Trampın oktyabrın 30-da Cənubi Koreyada Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşü də planlaşdırılır. 

Qeyd edək ki, bu, onun regiona ilk, həmçinin ikinci prezidentlik dövründə ən uzunmüddətli səfəridir. 

\"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR