Tramp bu ölkələri vergi artımı ilə hədələdi

DÜNYA
13:28 31.01.2025
150
ABŞ prezidenti Donald Tramp BRICS ölkələrinin BRICS valyutası yaradaraq dolları əvəz edəcək addım atacağı təqdirdə bu ölkələrin "100 faiz” tariflərinə tabe olacağı ilə bağlı açıqlamalarını təkrarlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp "Truth” sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
 
BRICS ölkələrindən yeni BRICS valyutası yaratmamaq və ya ABŞ dollarını əvəz edə biləcək başqa bir valyutanı dəstəkləməmək barədə öhdəlik götürmələrini istəyəcəyini bildirən Tramp, "əks halda bu ölkələrə 100 faiz gömrük rüsumları tətbiq edəcəyini” və bu ölkələrin bunu edə bilməyəcəklərini açıqlayıb.
 
Tramp BRICS ölkələrinin "dollardan uzaqlaşmağa çalışdığını” və "ABŞ-nin buna göz yummayacağını” müdafiə edib.
 
BRICS-in beynəlxalq ticarətdə və ya başqa bir yerdə ABŞ dollarını əvəz etmək şansının olmadığını müdafiə edən Tramp, "bunu etməyə çalışan hər bir ölkə tariflərə salam və ABŞ ilə vidalaşmalıdır” deyib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR