Tramp bu dəfə Soros və oğlunu hədələdi: “Diqqətli olun, sizi izləyirik”

Tramp bu dəfə Soros və oğlunu hədələdi: “Diqqətli olun, sizi izləyirik”
DÜNYA
17:00 28.08.2025
218
ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Soros və oğlunu sərt tənqid edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə "Truth" hesabında yazıb.
 
"Soros və radikal solçu oğlu zorakı etirazları dəstəklədiklərinə görə RICO qanunu əsasında mühakimə olunmalıdır. Onların Amerikanı daha da parçalamalarına imkan verməyəcəyik" - deyə Tramp qeyd edib.

Tramp həmçinin Soros və tərəfdarlarının ölkəyə böyük zərər vurduğunu deyərək, "Diqqətli olun, sizi izləyirik” deyərək onlara xəbərdarlıq edib.
 
Aynurə
OXŞAR XƏBƏRLƏR