Tramp bu ərazinin adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif edib

Tramp bu ərazinin adının “Yeni Amerika” olaraq dəyişdirməyi təklif edib
DÜNYA
00:13 20.10.2026
158
ABŞ Prezidenti Donald Tramp Nyu-Meksiko ştatının adının "Yeni Amerika” (New America) olaraq dəyişdirilməsini təklif edib.

Tramp bu barədə sosial media hesabında paylaşım edib.

"Biz Meksika deyilik, biz Amerika Birləşmiş Ştatlarıyıq! Nyu-Meksiko dərhal adını Yeni Amerika olaraq dəyişdirməlidir”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti hesab edir ki, ad dəyişikliyi ştatın nüfuzunu və dəyərini artıracaq, daşınmaz əmlakın qiymətlərinin və əhalinin gəlirlərinin yüksəlməsinə səbəb olacaq.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR