ABŞ Prezidenti Donald Tramp iyulun 16-da Qətərə səfər edəcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Səfər çərçivəsində o, Qəzza zolağında atəşkəs və İran ətrafındakı vəziyyəti müzakirə etmək üçün Qətərin baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşəcək.
Qeyd olunur ki, ABŞ lideri Vaşinqton və Tehran arasında yeni nüvə sazişinə nail olmaq üçün danışıqların bərpasına çalışır, həmçinin HƏMAS tərəfindən Qəzza sektorunda saxlanılan İsrail girovlarının azad edilməsinə nail olmaq istəyir.