ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək "Böyük İyirmilik" (G20) ölkələrinin sammitinə qatılmayacağını açıqlayıb.
O, bu barədə Amerika Biznes Forumundakı çıxışında bildirib.
"Cənubi Afrika Respublikasında G20-nin görüşü olacaq... Mən getməyəcəyəm", - Tramp vurğulayıb.
Qeyd edək ki, sayca 20-ci G20 sammiti 21-22 noyabr 2025-ci il tarixlərində Yohannesburqda keçiriləcək. CAR sammitə ev sahibliyi edəcək ilk Afrika ölkəsi olacaq.
/report








































