Tramp: "Ərdoğan möhtəşəmdir, Türkiyə əla tərəfdaşdır"

Tramp: "Ərdoğan möhtəşəmdir, Türkiyə əla tərəfdaşdır"
DÜNYA
10:46 09.07.2026
148
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "möhtəşəm" adlandıraraq, Türkiyənin ABŞ üçün çox yaxşı tərəfdaş olduğunu bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra ABŞ-yə qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

ABŞ Prezidenti NATO-nun maliyyə yükünün bölüşdürülməsi istiqamətində böyük irəliləyiş əldə etdiyini vurğulayıb. O, sammitdən sonra həm regional böhranların həlli, həm də yeni ticarət sazişləri ilə bağlı nikbin olduğunu ifadə edib.

Tramp çıxışında ABŞ-nin İrana qarşı son hərbi əməliyyatlarına da toxunaraq bildirib:

"Onlar bizə hər zərbə vuranda bunun 20 qatını alacaqlarını demişdim və dünən gecə bunu etdik".

O qeyd edib ki, İran müəyyən addımlar atsa da, bunlar ABŞ-nin hücumlarına cavab xarakteri daşıyır.

"Hərbi baxımdan artıq qalib gəlmişik. Onların əlində çox az imkan qalıb", – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, İran razılaşma əldə etmək istəyir:

"Onlar qısa müddət əvvəl zəng etdilər. Razılaşmanı o qədər çox istəyirlər ki... Sadəcə buna dəyərmi, bilmirəm. Bağlanacaq razılaşmaya sadiq qalacaqlarına əmin deyiləm. Problem də bundadır".

Tramp İranın ticarət gəmilərinə mümkün hücumları ilə bağlı suala isə belə cavab verib:

"Düzünü desəm, bu, bir az dəlilikdir. Bir qədər qeyri-sabit davranırlar. Amma yenə də razılaşma əldə etmək istəyirlər".
 
Gülay
OXŞAR XƏBƏRLƏR