Tramp: Finlandiya ilə əlaqələri gücləndirmək üçün çalışacağıq

Tramp: Finlandiya ilə əlaqələri gücləndirmək üçün çalışacağıq
DÜNYA
14:55 30.03.2025
254
ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Aleksandr Stubbla iki ölkə arasında münasibətləri gücləndirmək üçün əməkdaşlıq edəcəklərini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp ABŞ-də səfərdə olan Stubb ilə görüşdən sonra "Truth" sosial media hesabından açıqlama verib.

Tramp çox yaxşı qolf oyunçusu olduğunu söylədiyi Stubb ilə qolf oynadığını və bir turnir qazandıqlarını bildirib.

ABŞ-nin buzqıran gəmilərə ehtiyacı olduğunu xüsusilə vurğulayan Tramp, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq edəcəklərini ifadə edib.

Gülay
OXŞAR XƏBƏRLƏR