Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb

Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
DÜNYA
15:43 19.10.2026
146
ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlar fonunda Parisə sərhədləri bağlamağı və nəzarəti bərpa etməyi çağırıb.

Tramp bu barədə "Truth Social” platformasında yazıb.

O, Fransadakı vəziyyətə görə miqrasiyanı günahlandıraraq ölkənin "dağıldığını” iddia edib.

"Miqrantlar Fransanı ələ keçiriblər. Onlar sərhədləri təcili bağlamalıdırlar", - Tramp vurğulayıb.
OXŞAR XƏBƏRLƏR