Tramp hakim qarşısında ittihamları rədd etdi

Tramp hakim qarşısında ittihamları rədd etdi
DÜNYA
12:11 04.08.2023
186
ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə dəyişməyə cəhd etdiyi iddia edilən "6 Yanvar Konqresi Basqını”nın istintaqı çərçivəsində Vaşinqtonda federal məhkəmədə ona qarşı irəli sürülən ittihamları boynuna almadığını bildirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Donald Tump 6 yanvar 2021-ci ildə paytaxt Vaşinqtonda hücumların baş verdiyi Konqres binasının düz yaxınlığındakı Elijah Barrett Prettyman məhkəməsində hakim qarşısına çıxıb və burada geniş təhlükəsizlik tədbirləri görüb.

Ədliyyəyə gələn Trampın saxlanması səbəbilə ilk olaraq içəriyə barmaq izləri götürülüb. Daha sonra hakim qarşısına çıxan Tramp ona qarşı irəli sürülən dörd ittihamın hamısını rədd edib.

Zalda Trampa qarşı aparılan araşdırmalar üzrə xüsusi səlahiyyətli ekspert təyin edilmiş keçmiş baş prokuror Cek Smit də olub.

İşə baxmaq üçün məhkəmə zalına az sayda jurnalist aparılıb, kamera, mobil telefon və kompüter kimi səs yazısı vasitələrinə icazə verilməyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR