Tramp HAMAS-a 48 saat vaxt verib

Tramp HAMAS-a 48 saat vaxt verib
DÜNYA
10:11 26.10.2025
54
ABŞ prezidenti Donald Tramp ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmayacağı təqdirdə HAMAS-a qarşı tədbir görüləcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o bu barədə öz "Truth” səhifəsində məlumat verib.

"HAMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini mümkün qədər tez qaytarmağa başlamalı olacaq. Əks halda bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcək", - o deyib.

Tramp həmçinin əlavə edib ki, növbəti 48 saat ərzində HAMAS-ın hərəkətlərini çox diqqətlə izləyəcək.

\APA 
OXŞAR XƏBƏRLƏR