Tramp: Həbsxanaya düşməyim Amerika xalqı üçün qırılma nöqtəsi olar

Tramp: Həbsxanaya düşməyim Amerika xalqı üçün qırılma nöqtəsi olar
DÜNYA
10:31 04.06.2024
108
ABŞ-nin sabiq prezidenti Donald Tramp həbsxanaya göndərilməsinin "qırılma nöqtəsi” olacağını söyləyib.

AZXEBER.COM "TRT Haber”ə istinadən xəbər verir ki, eks prezident bunu "Fox News»a müsahibəsində deyib.

Alacağı cəzanı qəbul etməyə hazır olduğunu bildirən Tramp tərəfdarlarının bunu "yaxşı qəbul edəcəyinə" əmin olmadığını bildirib.

Yayımlanan müsahibədə Tramp susqunluq işində təqsirli bilindikdən sonra həbs və ya ev dustaqlığının məhkəmə tərəfindən məqsədəuyğun hesab edilməsi ehtimalını qəbul edib.

"Cəzamı qəbul etməyə hazıram, lakin ictimaiyyətin bunu yaxşı qəbul edəcəyinə əmin deyiləm. Müəyyən bir məqamda qırılma nöqtəsi ola bilər", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, Tramp məhkum olunmuş şəxs kimi namizədliyini irəli sürəcək.

O, prezident Co Baydenə uduzacağı təqdirdə nəticəni qəbul etməkdən dəfələrlə imtina edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR