Tramp iki həftə ərzində İran böhranına müdaxilə edib-etməməklə bağlı qərar qəbul edəcək

Tramp iki həftə ərzində İran böhranına müdaxilə edib-etməməklə bağlı qərar qəbul edəcək
DÜNYA
22:47 19.06.2025
347
"Başa düşürəm ki, hazırda mətbuatda prezidentin necə bir qərar qəbul etməsi və ABŞ-ın münaqişədə birbaşa iştirak edib-etməyəcəyi ilə bağlı çoxlu fərziyyələr var. Bununla bağlı prezidentin özünün açıqlaması var”

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O prezident Donald Trampın bunları dediyini bildirib:

"İranla yaxın gələcəkdə baş verə biləcək və ya heç baş tutmayacaq danışıqların ehtimalını nəzərə alaraq, yaxın iki həftə ərzində müdaxilə edib-etməmək barədə qərar verəcəyəm.”
OXŞAR XƏBƏRLƏR