ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi ehtimalını istisna etməyib.
Bu barədə TASS məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən okeanlardan birinin adının dəyişdirilə biləcəyini bildirib.
"Fikir versəniz, bizim Amerika körfəzimiz və Amerika gölümüz var. İndi bizə okean lazımdır.
Ona görə də ola bilsin ki, Atlantik və ya Sakit okeanın adını dəyişdirməli olaq. Bəlkə də onların adını dəyişdik", - deyə ABŞ prezidenti qeyd edib.