Tramp İlon Maska xəbərdarlıq edib

Tramp İlon Maska xəbərdarlıq edib
DÜNYA
21:55 07.06.2025
186
ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Bu barədə Ağ Ev rəhbəri "NBC News”a telefonla müsahibəsində bildirib.

"Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, - Tramp vurğulayıb.

Bundan əvvəl Tramp və Mask arasında ictimai qarşıdurma olub, tərəflər bir sıra qarşılıqlı ittihamlar və təhdidlər səsləndiriblər. Prezident qeyd edib ki, Maskla münasibətləri bərpa etmək niyyətində deyil.
 
/Report
OXŞAR XƏBƏRLƏR