Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi
DÜNYA
02:43 28.09.2026
122
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə Çinin Amerika silahları almağa başlamasını təklif edib. 

Bu barədə bazar günü ABŞ-ın Çindəki səfiri Terri Branstad məlumat yayıb.

O, "Fox News"a müsahibəsində bildirib ki, Tramp Si Cinpindən nə vəxtsa Amerika silahları almaq istəyib-istəmədiyini soruşub.

Səfir Çin liderinin buna necə cavab verdiyini açıqlamayıb. Onun sözlərinə görə, ABŞ prezidenti bu təklifi liderlərin ABŞ-ın Tayvana silah satışı məsələsini müzakirə etdiyi vaxt irəli sürüb. Həmin vaxt Tramp qeyd edib ki, Vaşinqton dünyanın bir çox ölkəsinə silah satır.
OXŞAR XƏBƏRLƏR