Tramp: İran və husilər hələ də əsl ağrını dadmayıblar

Tramp: İran və husilər hələ də əsl ağrını dadmayıblar
DÜNYA
23:45 31.03.2025
323
"Nə Husilər, nə də İrandakı sponsorları əsl ağrını hələ görməyiblər".
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp sosial media hesabında etdiyi açıqlamada deyib.
 
Tramp deyib:
 
"Hücumların son iki həftəsi ərzində husilər məhv edilib. Onların döyüşçülərinin və liderlərinin əksəriyyəti artıq aramızda deyil. Biz onları hər gün və hər gecə daha sərt şəkildə vururuq. Seçim Husilər üçün aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırsınlar, biz də onlara atəş açmağı dayandıraq. Əks halda, biz yenicə başlamışıq. Əsl ağrı həm Husilər, həm də İrandakı sponsorları üçün hələ gəlməyib".
 
Oksana
OXŞAR XƏBƏRLƏR