Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
DÜNYA
22:30 19.03.2026
236
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hücumun gözlənilməzliyini təmin etmək üçün İranda hərbi əməliyyata başlamaq barədə Yaponiya da daxil olmaqla, müttəfiqləri əvvəlcədən xəbərdar etməyib.
AZXEBER.COM"İnterfax" agentiyinə istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz bu barədə heç kimə demədik, çünki sürpriz effektini təmin etmək istəyirdik. Sürprizlər haqqında Yaponiyadan yaxşı kim bilər? Niyə bizi Perl-Harbor barədə xəbərdar etmədilər?", - deyə Tramp zarafatla bildirib və Yaponiyanın 1941-ci ildə ABŞ-yə hücumunu xatırladıb.