Tramp: "İrana qarşı əməliyyat faktiki olaraq başa çatıb"

Tramp: "İrana qarşı əməliyyat faktiki olaraq başa çatıb"
DÜNYA
00:28 10.03.2026
246
"İrana qarşı hərbi əməliyyat faktiki olaraq başa çatıb".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp "CBS News" telekanalına verdiyi müsahibədə bildirib.

"Düşünürəm ki, ümumilikdə müharibə artıq bitib. Onların artıq nə donanması, nə rabitə sistemi, nə də aviasiyası qalıb", - deyə o bildirib.

Tramp qeyd edib ki, əməliyyat planlaşdırılan qrafikdən xeyli irəlidə gedir. ABŞ prezidenti, həmçinin İranın yeni ali liderinin yerinə başqa bir namizədi nəzərdən keçirdiyini bildirib, lakin bu barədə hər hansı detal açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR