Tramp İranda öldürülən liderlərin sayını açıqladı

Tramp İranda öldürülən liderlərin sayını açıqladı
DÜNYA
21:15 02.03.2026
352
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksəkvəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.

Bu barədə o, "Fox News”a müsahibəsində bildirib.

Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb.

"Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq.

Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, - deyə Tramp əlavə edib.
OXŞAR XƏBƏRLƏR