Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib

Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xameneidən məmnun olmadığını deyib
DÜNYA
19:46 09.03.2026
284
ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali Rəhbəri kimi Müctəba Xameneinjn təyin olunmasından məmnun olmadığını bildirib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə "New York Post”a müsahibəsində deyib.

"Sizə deməyəcəyəm. Mən ondan məmnun deyiləm”, – Tramp Müctəba Xamenei ilə bağlı planları barədə sualı cavablandırarkən bildirib.

O, eyni zamanda, ABŞ-ın İrana quru qoşunları yerləşdirə biləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Tramp qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib.

"Biz bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın deyilik”, – ABŞ prezidenti vurğulayıb.
OXŞAR XƏBƏRLƏR