Tramp: "Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-yə qoşulmalıdır"

DÜNYA
18:55 02.02.2025
208

"Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-yə 51-ci ştat kimi qoşulmalıdır".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

"Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur", - o yazıb.

Tramp qeyd edib ki, böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq.

"Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq", - ABŞ prezidenti fikirlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR