Tramp Karib dənizində narkotik yüklü sualtı qayığa hücumu təsdiqləyib

Tramp Karib dənizində narkotik yüklü sualtı qayığa hücumu təsdiqləyib
DÜNYA
04:29 18.10.2025
157
ABŞ Karib dənizində narkotik daşıyan sualtı qayığa hücum edib.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

"Biz sualtı qayığa hücum etdik və o, böyük miqdarda narkotik daşımaq üçün xüsusi olaraq tikilmiş narkotik sualtı qayıq idi", - Tramp bildirib.

"Reuters" mənbələrə istinadən məlumat yayıb ki, iki nəfər zərbədən sağ çıxıb və hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisindədir. ABŞ Müharibə Nazirliyi (Pentaqon) məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 
/report
OXŞAR XƏBƏRLƏR