Tramp keçmiş tərəfdaşını satqınlıqda ittiham etdi

Tramp keçmiş tərəfdaşını satqınlıqda ittiham etdi
DÜNYA
20:53 15.11.2025
121
ABŞ Prezidenti Donald Tramp keçmiş tərəfdaşı, Respublikaçılar Partiyasından konqresmen Marcori Teylor Qrini satqınlıqda ittiham edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Trampın fikrincə, M.Qrinin siyasi baxışları "sola doğru yönəlib". Ağ Ev rəhbəri, həmçinin Qrini "növbəti saxta siyasətçi" adlandırıb.

Xatırladaq ki, daha əvvəl Qrin Trampı Suriyanın Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirməsinə görə tənqid etmişdi.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR