Tramp könüllü təslim oldu, fotosu yayıldı - FOTO

Tramp könüllü təslim oldu, fotosu yayıldı - FOTO
DÜNYA
11:35 25.08.2023
669
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatındakı istintaq təcridxanasına təslim olub və ölkə tarixində ilk dəfə olaraq keçmiş prezident cinayət məsuliyyətinə cəlb edilib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, onun fotosu ictimaiyyətlə paylaşılıb.
 
Tramp 200 min dollar girov müqabilində mühakimə olunana qədər sərbəst buraxılıb. Tramp təqribən 20 dəqiqəyə həbsxanadan çıxıb.

O, Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhd və plan hazırlamaqda ittiham olunur.
 
Fotoda gülümsəməyən Trampın ciddi ifadəsi və qaşlarını çatması ilə birbaşa obyektivə baxdığı görünür.

Şəxsi təyyarəsinə minməzdən əvvəl mətbuata açıqlama verən Tramp seçkinin nəticələrinə qarşı olduğunu və buna haqqının olduğunu bildirib.

"Bu işlər ədaləti ələ salır. Biz heç bir səhv etməmişik, mən də heç bir səhv etməmişəm. Bunu hamı bilir və böyük dəstək var", - Tramp deyib.

"İddiaları irəli sürənlərin mahiyyət etibarı ilə seçkilərə müdaxilə etdiyini” izah edən Tramp saxta hesab etdiyi seçkiləri tənqid etmək hüququna malik olduğunu təkrarlayıb.
 
Trampın sentyabrın 6-da məhkəməyə gedərək ittiham aktını dinləyəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Partiyaların prezidentliyə namizədlərini müəyyənləşdirəcəyi ilkin seçkilər 2024-cü ilin ilk 6 ayında baş tutacaq. Keçmiş prezident Trampa qarşı 2 federal, 2 ştat ümumilikdə 4 iddianın dinləmə tarixləri də 2024-cü ilin yanvar-may ayları arasında planlaşdırılır. Yəni hüquqi prosesin siyasətə təsir edəcəyi bu dönəmdə ölkə tarixinin ən maraqlı prezident seçkilərindən birini yaşayacaq.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR