Tramp Maskla bağlı mübahisəli iddianı rədd etdi

DÜNYA
11:46 23.12.2024
116
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İlon Maska prezidentlik səlahiyyətlərini təhvil verdiyi ilə bağlı iddiaları rədd edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp prezident kürsüsünü Maska təhvil verdiyi iddialarını rədd edib və Maskın ABŞ-də doğulmadığına və buna görə də prezident olmaq hüququna malik olmadığına diqqət çəkib.
 
ABŞ Konqresi oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilində maliyyə çatışmazlığı səbəbindən hökumətin bağlanmasının qarşısını almaq üçün sentyabr ayında ilk müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.

ABŞ Prezidenti Co Bayden tərəfindən imzalanan və qüvvəyə minən müvəqqəti büdcə ilə dekabrın 20-dək hökumətə maliyyə ayrılması nəzərdə tutulurdu.

Bununla belə, Tramp razılaşdırılmış müvəqqəti büdcə layihəsinə qarşı çıxıb, onu absurd və qeyri-adi dərəcədə bahalı adlandırıb və Konqres üzvlərini qanun layihəsini rədd etməyə çağırıb.

Mikayıl

OXŞAR XƏBƏRLƏR