Tramp Meloni ilə münasibətlərinin pisləşməsinin səbəbini açıqladı

Tramp Meloni ilə münasibətlərinin pisləşməsinin səbəbini açıqladı
DÜNYA
05:37 08.07.2026
305
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə münasibətlərinin İranla münaqişədə onun ABŞ kömək etməkdən imtina etməsi səbəbindən pisləşdiyini bəyan edib.

Ağ Ev rəhbəri bunu ABŞ administrasiyanın "YouTube" kanalında canlı yayımlanan çıxışı zamanı bildirib.

"Əslində, onun yaxşı bir insan olduğunu düşünürəm.
Münasibətlərimiz bir qədər pisləşdi, çünki o, İran məsələsində bizə kömək etməkdən imtina etdi" , - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, iyunun sonlarında Tramp Meloninin Fransada keçirilən "Böyük Yeddilik" (G7) sammiti zamanı birgə foto çəkdirmək üçün ona "yalvardığını" iddia etmişdi. Ağ Ev rəhbəri ona yazığı gəldiyini və buna razı olduğunu qeyd etmişdi.

İtaliyanın baş naziri isə bu iddianı "tamamilə uydurma" adlandırmışdı.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR