İclasda məmura zəng gəldi - Tramp Oval Ofisdən qovdu

İclasda məmura zəng gəldi - Tramp Oval Ofisdən qovdu
DÜNYA
13:54 26.08.2025
190
ABŞ Prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransı zamanı Ağ Evin yüksək rütbəli məmurunu telefonuna zəng gəldiyi üçün Oval Ofisdən qovub.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, həmin anlar qeydə alınıb və məmur gülüş hədəfinə çevrilib.

Tramp sözünü kəsərək soruşur: "Salam, sən kimsən?" - deyə soruşur, ardınca "Arxada kim var? Yaxşı, otağı tərk et!" - deyib.
  
Qovulan məmur Ağ Evin aparat rəhbəri Uill Şarf olub.
 
Məlumata görə, telefonuna zəng gəlməzdən əvvəl Trampın yanında olan Şarf imzalamaq üçün sənədləri ABŞ prezidentinə aparıbmış.

Qeyd edək ki, analoji hal 2019-cu ildə də baş verib.
 
Belə ki, müvəqqəti baş qərargah rəisi Mick Mulvaney canlı yayımda müsahibə zamanı öskürərək Trampı qəzəbləndirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR