Tramp: Mən prezident olsaydım, Putin müharibəyə başlamazdı

Tramp: Mən prezident olsaydım, Putin müharibəyə başlamazdı
DÜNYA
10:58 14.04.2025
227
ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumi şəhərinə hücumunun "dəhşətli” olduğunu və müharibənin başlanmasının keçmiş prezident Co Baydenin günahı olduğunu bildirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Tramp Air Force One telekanalında jurnalistlərə açıqlama verib.
 
Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp deyib: "Mən bunun dəhşətli olduğunu düşünürəm”. 

Tramp: "Mən prezident olsaydım, ABŞ heç vaxt müharibənin başlamasına icazə verməzdi. Bu müharibə biabırçılıqdır"-, deyib.

Rusiya-Ukrayna müharibəsinin başlamasının Baydenin günahı olduğunu ifadə edən Tramp, "Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram"-, deyə qeyd edib.
 
Oksana
 


OXŞAR XƏBƏRLƏR