Tramp müharibənin müddətini açıqladı

Tramp müharibənin müddətini açıqladı
DÜNYA
12:15 02.03.2026
260
ABŞ prezidenti Donald Tramp bildirir ki, İranla hərbi əməliyyatın təxminən dörd həftə davam edəcəyini gözləyir.

Tramp Britaniyanın "The Daily Mail” qəzetinə verdiyi müsahibəsində bildirib ki, "Bu prosesi dörd həftə kimi planlaşdırmışıq. Təxminimiz odur ki, elə bu qədər də çəkəcək”.

O əlavə edib ki, İran böyük ölkədir və əməliyyat çox güclü olsa da, daha az da davam edə bilər.

Bildirilib ki, ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində İranın ali lideri öldürülüb və ölkənin müdafiə imkanları ciddi şəkildə zəiflədilib.

Bu açıqlama ABŞ-nin regiondakı hərbi planları və İranla potensial müharibə müddəti barədə ilk rəsmi açıqlamalardan biridir.
 
Bakupost.az
OXŞAR XƏBƏRLƏR