Tramp NATO-nun yardım təklifini rədd etdi

Tramp NATO-nun yardım təklifini rədd etdi
DÜNYA
02:29 18.04.2026
422
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.

Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.

"Hörmüz boğazındakı vəziyyət həll olunduqdan sonra mənə NATO-dan zəng edib kömək lazım olub-olmadığını soruşdular. Mən onlara dedim ki, əgər sadəcə gəmilərini neftlə doldurmaq istəmirlərsə, kənarda dursunlar", - deyə o vurğulayıb.

D.Tramp qeyd edib ki, ABŞ-nin həqiqətən NATO-nun köməyinə ehtiyacı olanda, alyans faydasız olub.

"Kağız pələnglər!", - deyə o yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR