Tramp: "NATO vasitəsilə Ukraynaya silah göndəriləcək"

Tramp: "NATO vasitəsilə Ukraynaya silah göndəriləcək"
DÜNYA
11:24 11.07.2025
154
ABŞ prezidenti Donald Tramp ölkəsinin NATO vasitəsilə Ukraynaya silah göndərilməsi üçün alyansla razılaşdığını və bu silahların xərclərini NATO-nun qarşılayacağını bəyan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp NBC News-a müsahibəsində ABŞ, NATO və Ukrayna arasında Ukraynaya hərbi dəstəklə bağlı yeni razılaşmanın təfərrüatlarını paylaşıb.

ABŞ-dən göndərilən hərbi sursatların əvvəlcə NATO-ya, sonra isə NATO-nun Ukraynaya silah veriləcəyini qeyd edən Tramp, "Silahları NATO-ya göndəririk və NATO bu silahlara görə 100% ödəyir. Silahlar əslində NATO-ya gedir. NATO bu silahları Ukraynaya verir" deyə bildirib.

Tramp sözügedən razılaşmanın keçən ay keçirilən NATO Sammitində əldə olunduğunu vurğulayıb.

Eyni üsulun Patriot hava hücumundan müdafiə sistemləri üçün də keçərli olacağını ifadə edən Tramp, "Patriot sistemlərini NATO-ya göndərəcəyik, sonra NATO onları paylayacaq" deyə qeyd edib.

Gülay
OXŞAR XƏBƏRLƏR