ABŞ-ın sabiq prezidenti Donald Trampın sosial media hesabında Barak Obamanın ev ünvanını paylaşdığı gün evin yaxınlığında bir şübhəlinin tutulduğu açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı ABŞ federal prokurorları tərəfindən açıqlama verilib.
Bildirilib ki, həmin gün Barak Obamaya məxsus olduğu deyilən mülkün yaxınlığında mikroavtobusda silahlı şəxs saxlanılıb. Mikroavtobusdan iki odlu silah və yüzlərlə güllə götürülüb.
Vaşinqton əyalətində ailəsi olduğu deyilən şübhəli əvvəllər İraqda ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib.
Şəbnəm Zahir