İyulun 13-də 20 yaşlı Tomas Metyu tərəfindən sui-qəsdə məruz qalan ABŞ-nin sabiq prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilər öncəsi mitinqlərinə davam edir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, sui-qəsd cəhdindən çətinliklə xilas olan 78 yaşlı Tramp dünən Harrisburqda keçirilən mitinqdə bir gənc qadını səhnəyə dəvət edib.
Tramp hücum yadına salaraq onu xilas etməyə çalışan qadına "O, mənim həyatımı xilas etdi. Ona bir saniyəlik bura gəlməsini söyləyin" - deyərək onu səhnəyə dəvət edib.
Adı açıqlanmayan və utancaq hərəkətləri ilə diqqət çəkən gənc qadın sadəcə "Salam” dedikdən sonra səhnədən çıxıb.