Tramp prezident olarsa, ABŞ İsrailə həmişəkindən daha yaxın olacaq

Tramp prezident olarsa, ABŞ İsrailə həmişəkindən daha yaxın olacaq
DÜNYA
11:26 08.10.2024
218
ABŞ-nin sabiq prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkəsinin İsrailə həmişəkindən daha yaxın olacağını vəd edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tramp HƏMAS-ın Co Bayden və Kamala Harrisin zəifliyindən istifadə etdiyini müdafiə edib.
 
Vəzifədə olsaydı, Yaxın Şərqdəki hadisələrin heç vaxt baş verməyəcəyini ifadə edən Tramp "Mən prezident olsaydım, 7 oktyabr hücumu əsla baş verməzdi”, - deyib.
 
Lazım olanın sarsılmaz ABŞ rəhbərliyi olduğunu söyləyən Tramp yeni və daha ahəngdar Yaxın Şərqin yaxın olduğunu bəyan edib:

"Yəhudi dövlətinin məhv olmaq təhlükəsi ilə üzləşməsinə icazə verməyəcəyəm. Yəhudi xalqının bir daha Holokostdan əziyyət çəkməsinə icazə verməyəcəyəm. Amerikaya və müttəfiqlərimizə qarşı cihadın başlamasına icazə verməyəcəyəm. Müharibədə qalib gəlmək üçün İsraili dəstəkləyəcəm”.

Mikayıl
OXŞAR XƏBƏRLƏR