Prezident seçkilərinin yaxınlaşdığı ABŞ-da səsvermədə öndə görünən keçmiş prezident Donald Tramp "Rusiyanı hesabı ödəməyən ölkələrə hücum etməyə təşviq edərdim” açıqlaması ilə avropalıları silkələyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da 9 ay sonra keçiriləcək prezident seçkiləri öncəsi sorğularda prezident Co Baydeni qabaqladığı görünən keçmiş prezident Donald Tramp NATO-nu şoka salan açıqlama verib.
Belə ki, keçmiş prezident seçki kampaniyası zamanı maliyyə öhdəliklərini yerinə yetirmədiyini hiss etdiyi NATO müttəfiqlərinə hücum etməyə təşviq edəcəyini bildirib.
Qərb mətbuatının yazdığı məlumata görə, NATO-ya üzv ölkələrin diplomatları ABŞ Dövlət Departamentindəki fəal diplomatlara və Konqresdəki keçmiş diplomatlara zəng edərək ehtiyatlı olmalarını bildiriblər.
Avropa alyansı üzvlərinin ən böyük qorxusu Trampın prezident seçiləcəyi təqdirdə Ukraynaya hərbi, siyasi və maliyyə yardımının kəsiləcəyidir.
Gülay