Tramp Putin haqda: O mənim dostumdur, hamı ondan qorxur

Tramp Putin haqda: O mənim dostumdur, hamı ondan qorxur
DÜNYA
17:16 05.03.2022
428
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur qolfçu Con Deyli ilə telefon danışığının səs yazısı ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, telefon danışığında Trampın nüvə silahı ilə bağlı Putinə qarşı təhdidləri öz əksini tapıb.

"Bilirsən, o, mənim dostum idi, onunla bir-birimizi çox yaxşı başa düşürdük. Mən ona dedim ki, bunu etsən, biz də Moskvanı vuracağıq. O, mənə az da olsa, inandı. Hamı onun nüvə gücü olduğunu deyir, hamı ondan qorxur".

Trampın vəzifədə olarkən Putinlə bu söhbətində hansı hadisəni nəzərdə tutduğu bəlli deyil.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR