ABŞ Prezidenti Donald Tramp Rusiya həmkarı Vladimir Putindən Moskvanın Ukrayna ilə bağlı mövqeyinə dair izahat aldığını bildirib.
Tramp bunu "The New York Post"a müsahibəsində deyib.
"O, nə istədiyindən və nə istəmədiyindən danışdı", - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, 4 iyunda Putinlə söhbəti zamanı Ukrayna ilə bağlı konkret nəticələr əldə etmək mümkün olmayıb.