Tramp Putinin atəşkəslə bağlı qərarını alqışlayıb

Tramp Putinin atəşkəslə bağlı qərarını alqışlayıb
DÜNYA
23:57 05.05.2025
273
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Qələbə Gününün 80 illiyi münasibətilə mövcud müharibədə atəşkəs elan etməsini yüksək qiymətləndirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı nikbin danışıb.

"Düşünürəm ki, biz uzun yol qət etmişik və ola bilər ki, nəsə baş versin – ümid edirik ki, baş verəcək”, – ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir.

"Həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə köklənib", - Ağ Ev rəhbəri vurğulayıb.

OXŞAR XƏBƏRLƏR