Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb

Tramp Putinlə Budapeştdə görüşəcəyini açıqlayıb
DÜNYA
21:40 16.10.2025
109
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcək.

Bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, gələn həftə iki ölkə arasında yüksək səviyyəli müşavirlərin görüşü keçiriləcək.

Tramp bildirib ki, tərəflər arasında baş tutan söhbət zamanı Ukrayna münaqişəsindən sonra ABŞ və Rusiya arasındakı ticarət əlaqələrinin bərpası məsələsi müzakirə edilib.

O, həmçinin Putinlə baş tutan bu danışığı yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdə də müzakirə edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR