ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyəti fəlakət kimi qiymətləndirərək, Vaşinqtonun bunu həll etməli olduğunu bəyan edib.
Bunu ABŞ lideri "Fox News" telekanalına müsahibəsində deyib.
"Qəzza şübhəsiz ki, əsl fəlakətdir. Biz bunu həll etməliyik", - o deyib.
Trampın sözlərinə görə, onun sülh yolu ilə həllinə nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Rusiya-Ukrayna müharibəsidir:
"Biz yeddi müharibəni həll edə bildik. Bir və ya ikisi qalıb. Rusiya və Ukrayna ilə məşğul olmalıyıq; bu, dəhşətlidir".
ABŞ lideri BMT Baş Assambleyasının gələn həftə başlayacaq 80-ci sessiyasının ümumi siyasi diskussiyalarında yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib. "BMT-də çıxış edəcəyəm və ümid edirəm ki, yaxşı iş görəcəm", - deyə Tramp çıxışında "yaxşı və pisdən" danışacağını da əlavə edib.
/report