Tramp: Qəzzada münaqişə yaxın 2-3 həftə ərzində bitə bilər

Tramp: Qəzzada münaqişə yaxın 2-3 həftə ərzində bitə bilər
DÜNYA
05:24 26.08.2025
209
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qəzza sektorundakı münaqişə iki-üç həftə ərzində tam həll oluna bilər.

Tramp bu barədə Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Düşünürəm ki, növbəti iki-üç həftə ərzində münaqişəni yaxşı və yekun şəkildə həll edəcəyik. Bunu demək çətindir, çünki bu region min illərdir münaqişələr mərkəzidir və həmişə gərginlik mənbəyi olub”, – deyə Tramp qeyd edib.

/APA
OXŞAR XƏBƏRLƏR