03:53 çərşənbə Axşamı, 15 Oktyabr 2019
DÜNYA

Tramp Rza Zərraba görə XİN-ə təzyiq göstərib

20:02, 10.10.20197005
Tramp Rza Zərraba görə XİN-ə təzyiq göstərib

ABŞ prezidenti Donald Trampın 2017-ci ildə cənubi azərbaycanlı iş adamı Rza Zərraba görə keçmiş Xarici İşlər naziri Reks Tillersona təzyiq göstərdiyi üzə çıxıb.

Ağ Ev rəhbəri Zərrabın azadlığa buraxılmasını istəyib. Üstəlik, bu tələb Oval Ofisdə iclas zamanı hər kəsin gözü önündə irəli sürülüb. Tillerson isə bunun qanundankənar olduğunu bildirərək Trampın təklifinə qarşı çıxıb. 

Ağ Ev hələ ki bununla bağlı heç bir açıqlama verməyib. 

 

Qeyd edək ki, Rza Zərrab İrana tətbiq edilən sanksiyaları pozduğuna görə ABŞ-da ev dustaqlığındadır. O, türk müğənni Ebru Gündeşin əridir.

 

qafqazinfo

XƏBƏR LENTİ