Tramp Si Cinpini yola saldı: Görüşdən sonra nə baş verdi?

Tramp Si Cinpini yola saldı: Görüşdən sonra nə baş verdi?
DÜNYA
00:56 25.09.2026
93
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında keçirilən görüş başa çatıb.

Bu barədə Ağ Ev "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Tramp Ağ Evdə keçirilən uğurlu görüşdən sonra Sədr Si Cinpinlə vidalaşıb. Bu axşam Sədr Si Cinpin dövlət qəbulunda iştirak etmək üçün yenidən Ağ Evə gələcək", - deyə Ağ Evin məlumatında qeyd olunub.

İki dövlətin liderləri əvvəlcə təkbətək, daha sonra isə rəsmi şəxslərin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.

Görüş başa çatdıqdan sonra Tramp Çin liderinə sentyabrın 21-də Ağ Evin Cənub çəmənliyində açılışı keçirilən yeni helikopter meydançasını nümayiş etdirib.

Onlar prezidentin yeni "VH-92A Patriot" helikopterinə daxil olublar. Daha sonra helikopterdən çıxaraq tərcüməçilərin iştirakı ilə bir neçə dəqiqə onun yanında söhbət ediblər.

Bundan sonra liderlər Ağ Evə qayıdıblar. Bir qədər sonra isə Donald Tramp Si Cinpini avtomobil karvanınadək müşayiət edərək onunla vidalaşıb.
OXŞAR XƏBƏRLƏR