ABŞ Prezidenti Donald Tramp indiyədək hansı müharibələri bitirdiyini açıqlayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Daily Caller" xəbər portalına müsahibə verən Tramp bitirdiyini müharibələrin 7-dən çox olduğunu vurğulayıb, lakin həmin ölkələrin adını çəkməyib:
"Əslində, bundan daha çoxdur, çünki heç kimin bilmədiyi daha çox şey var".
Tramp Hindistan və Pakistan, İsrail və İran, Misir və Efiopiya, Tailand və Kamboca, Serbiya və Kosovo, Ruanda və Konqo, Azərbaycan və Ermənistan arasında münaqişələrə son verdiyini iddia edib.
İyulun 26-da "Truth"da paylaşdığı videoda Tramp belə deyib:
"Mən altı müharibəni dayandırmışam. Orta hesabla ayda bir müharibəni dayandırıram".
Qeyd edək ki, Tramp avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı da eyni fikirləri təkrarlayıb.
Mikayıl