Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır

Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
DÜNYA
22:02 21.10.2026
125
ABŞ Prezidenti Donald Tramp Stiven Habbardın və ailəsinin Rusiyadan ABŞ-yə qayıtdığını açıqlayıb.

Tramp bu barədə "Truth” sosial hesabında paylaşım edib.

"Bu, çoxdan, Co Bayden və Demokratlar tərəfindən edilməli idi”, – deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. O, Ukrayna tərəfində muzdlu döyüşçü kimi fəaliyyət göstərməkdə ittiham olunaraq 2024-cü ilin oktyabrında Rusiya məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
 
///azərtac///
OXŞAR XƏBƏRLƏR