Tramp “Supermən” kostyumunda - Foto

Tramp “Supermən” kostyumunda - Foto
SİYASƏT
21:10 23.10.2017
1310
ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Cunyor atasının "Supermən” paltarı geyindirilmiş şəklini paylaşıb.
 
AZXEBER.COM Qafqazinfo-ya  istinadən xəbər verir ki, onun öz İnstaqram hesabından paylaşdığı fotoda atası saqqallı və döş hissəsində T hərfi olan "Supermən” kostyumunda və guya "Time” jurnalının üz qabığında çıxmış kimi göstərilib.
 
Şəklin üzərində belə yazılıb: "Prezident Tramp Amerikanı yenidən böyüdür”.
 


Bir çox İnstaqram istifadəçisi fotoşəkillə bağlı şərhlər yazaraq ABŞ prezidentinə saqqalın yaraşdığını və belə bir saqqalı "böyütməyə” dəydiyini qeyd ediblər. B
 
əzi istifadəçilər isə şəklin "Supermən” və fanatlarına təhqir olduğunu bildirib.
 
Xatırladaq ki, D.Tramp keçən il keçirilən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan "Supermen” geyimində təsvir edilmişdi
OXŞAR XƏBƏRLƏR