Tramp Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinin tələbi ilə Suriyaya qarşı sanksiyaları ləğv etdiyini qeyd edib.
"Bu sanksiyalar çox sərt idi. Düşünürəm ki, biz bu gün mühüm bəyanat verəcəyik", - o vurğulayıb.
Xatırladaq ki, Tramp 2025-ci il mayın 14-də Ər-Riyadda Suriyanın yeni prezidenti Əhməd əl-Şara ilə danışıqlar aparıb (iki ölkə liderləri arasında 25 ildə ilk görüş). ABŞ lideri Vaşinqtonun Dəməşqə qarşı on illərdir tətbiq etdiyi sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb.
İyulun 1-də Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən fərman imzalayıb.
/report